Azərbaycanda futbol azarkeşinə 3 il iş verildi

azerbaycanda-futbol-azarkesine-3-il-is-verildi
Oxunma sayı: 1763


“Qafqazinfo” xəbər verir ki, Elman Tağıyev (Eliko) və digər 2 nəfər məhkəminin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum ediliblər. 

Elikonun vəkili Əliheydər  Hüseynovun “Qafqazinfo”ya verdiyi məlumata görə, dünən keçirilən məhkəmə iclasında 3 nəfər azarkeş haqqında 3 il müddətinə həbs qərarı verilib. Vəkil bu qərarla razılaşmayacaqlarını və Apellyasiya Məhkəməsinə müraciət edəcəklərini deyib: 

“Müvvəkilimlə yanaşı, digər iki nəfərə 3 il həbs verdilər. Ancaq biz öz şikayətimizi bildirəcəyik və Apellyasiya Məhkəməsinə müraciət edəcəyik”

 Məhkəmə  “Neftçi” azarkeşi Zaur Ərəbov da daxil olmaqla, 4 azarkeşə hələ ki, hökm oxumayıb . Vəkilin sözlərinə əsasən, həmin 4 nəfər islah işlərinə cəlb oluna bilər. 

Qeyd edək ki, Topaz Premyer Liqasının IV turu çərçivəsində keçirilən "Xəzər Lənkəran"- "Neftçi" matçında azarkeşlər arasında qalmaqal yaşanmış və 7 nəfər azarkeş təqsirkar bilinərək tutulmuşdu.

İqbal