Azərbaycanda futbol klubu fəaliyyətini dayandırdı

azerbaycanda-futbol-klubu-fealiyyetini-dayandirdi
Oxunma sayı: 704

AFFA tərəfindən oyun alqı-satqısında şübhəli bilinərək I Diviziondan kənarlaşdırılan "Şərurspor" fəaliyyətini dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı bombardir.az-a açıqlamasında Naxçıvan təmsilçisinin baş məşqçisi Əfqan Talıbov verib:

"Futbol idman növünün şahıdır. Bu səbəbdən onun ətrafında müxtəlif oyunlar oynanılır. Buna görə də, komandamızı I Diviziondan uzaqlaşdırdılar. "Şərurspor" rəsmən fəaliyyətini dayandırdı. Mən də komandadan ayrılmışam".