Azərbaycanda futbol matçı zamanı stadionun işıqları söndü - Foto

azerbaycanda-futbol-matci-zamani-stadionun-isiqlari-sondu
Oxunma sayı: 1446

Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilən "Neftçi" - "Sabah" matçı zamanı stadionun işıqları sönüb.

"Qafqazinfo" xəbər verir ki, bu, matçın 26-cı dəqiqəsində baş verib.

Bu səbəbdən qarşılaşmanın baş hakimi Rəşad Əhmədov oyunu dayandırmaq məcburiyyətində qalıb. 

Qeyd edək ki, "Bakcell Arena"da keçirilən qarşılaşma "CBC Sport" tərəfindən canlı yayımlanır. 

***

Stadionun işıqlandırılması generator vasitəsi ilə təmin olunub. 10 dəqiqəlik fasilədən sonra qarşılaşma yenidən bərpa olunub.