Azərbaycanda futbolçuda dopinq aşkarlandı

azerbaycanda-futbolcuda-dopinq-askarlandi
Oxunma sayı: 1683

“Dopinq testlərinin sayı, çox güman ki, artacaq. Bir çox idmançılar qeydiyyata alınmış test qrupuna alınacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbəri Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O, 2021-ci ildə bir futbolçuda dopinq aşkarlandığını vurğulayıb. Hüseynli prosesin davam etməsi səbəbindən ad çəkməyin məqsədəuyğun olmadığını bildirib.

***

AMADA-dan "Qafqazinfo"ya bildirilib ki, futbolçu ilə bağlı dopinq araşdırmasına xitam verilib.