Azərbaycanda gəminin 19 heyət üzvü koronavirusa yoluxdu - Yenilənib

Azərbaycanda gəminin 19 heyət üzvü koronavirusa yoluxdu
Oxunma sayı: 4685

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Qurban Abbasov” kran-montaj gəmisinin 19 heyət üzvünün COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, Xəzər dənizində neft buruqlarının tikintisi üzrə ixtisaslaşmış gəmidə işçilərin bəzilərinin bədəninin temperaturu yüksəlib və bundan sonra bütün heyət üzvlərindən koronavirus üçün yaxma nümunələri götürülüb.

Məlum olub ki, 35 heyət üzvündən 19-u koronavirusa yoluxub.

Xəstələr Bakı Atletlər Kəndində müalicəyə cəlb olunublar.

Vəziyyəti nisbətən ağır olan dənizçilər isə Cəlilabad və Astara Rayon Mərkəzi Xəstəxanalarına göndəriliblər.

***

Məsələ ilə bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” açıqlama yayıb.

Qurumdan "Qafqazinfo"ya verilən məlmata görə, "Qurban Abbasov" kran gəmisində yoluxan heyət Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə aid deyil:

"Bu gün "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nə ( ASCO) aid "Qurban Abbasov"  kran gəmisində heyətin koronavirus xəstəliyinə yoluxması haqqında məlumat dərc olunub. Qeyd edək ki, gəmi ASCO-ya aid  olsa da, alyans müqaviləsi çərçivəsində uzunmüddətli "Caspian Marine Services" (CMS) şirkətinə icarəyə verilib. Həyət də həmin şirkətə aiddir". 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi