Azərbaycanda general dünyasını dəyişdi

azerbaycanda-general-dunyasini-deyisdi-
Oxunma sayı: 3200


“Qafqazinfo”nun Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə,  istefada olan tibb xidməti general-mayoru Dağlar Məmməd oğlu Abdullayev mayın 10-da 76 yaşında vəfat edib.

Bu gün saat 14.30-dan 15.30-dək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində mərhumla vida mərasimi olacaq.
Dəfn mərasimi 2-cü Şəhidlər Xiyabanında keçiriləcək.