“Qafqazinfo”nun AMEA Şamaxı Astrofizika Rəsədxanasının saytına istinadən verdiyi xəbərə görə, rəsədxananın direktor müavini Elçin Babayev bildirib ki, proqnozlaşdırılan günlərdə kosmik hava stabil vəziyyətdə olacaq.
Onun sözlərinə görə, hazırda günəşin diskinin 9 regionunda 125 müxtəlif ölçülərdə ləkələr müşahidə olunur. Bu ayın son gülərində əvvəlki günlərdə olduğu kimi Günəşin alovlanma aktivliyinin orta səviyyədə qalacağı, onun yayılmasının orta enerjidə-M klass və zəif həddə ola biləcəyi proqnozlaşdırılır.
Kosmik havanın öyrənilməsi istiqamətində aparılan analizlərin nəticəsi göstərir ki, proqnozlaşdırılan günlərdə ümumi (planetar) geomaqnit vəziyyət orta gərginlikdə olacaq.
Bu günlərdə meteoroloji şəraitin tez-tez və kəskin dəyişməsi risk qrupuna daxil olan xroniki xəstəliklər, yaşlı insanlar və uşaqların səhhətində narahatlıq-diskomfort hissi yarada bilər. Meteohəssas insanlara həkimlərin məsləhəti ilə profilaktik tədbirlərin görülməsi tövsiyə olunur.
Son xəbərlər
Son Xəbərlər