Azərbaycanda güclü zəlzələ oldu - Yenilənib

azerbaycanda-guclu-zelzele-oldu
Oxunma sayı: 13898

Azərbaycanda zəlzələ olub.

Zəlzələlərin Tədqiqatı Bürosundan “Qafqazinfo”ya verilən məlumata görə, yeraltı təkanlar Lənkəran ərazisində qeydə alınıb.

Yerli vaxtla 17:23-də qeydə alınan zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

***

Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu mayın 11-də Azərbaycanın cənub bölgəsində baş vermiş zəlzələ ilə bağlı yeni məlumat açıqlayıb. 

Məlumatda bildirilib ki, ocağı 19 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 6 bala yaxın, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və digər rayonlarda 5-3 bala qədər hiss olunub.