Şirvan Apellyasiya Məhkəməsinin sədri Ali Məhkəmənin hakimi təyin edilir.
“Qafqazinfo”nun modern.az-a istinadən məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında Məhkəmə-Hüquq Şurasının təklifləri nəzərə alınaraq hakimlərin təyinatı ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
Ali Məhkəmənin səlahiyyət müddəti aprelin 25-də başa çatan hakimləri İbayev Vəfaddin İbayev və Zakir Quliyevdir. Onların yenidən əvvəlki vəzifələrə təyin olunacağı təklif edilib.
Eyni zamanda, Şirvan Apellyasiya Məhkəməsinin sədri Qürbət Əsgərov Ali Məhkəmənin hakimi təyin edilməsi nəzərdə tutulur.
Ali Məhkəmənin hakimi Rəşadət Ağayev isə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək.
Son xəbərlər
Son Xəbərlər