Azərbaycanda hava kəskin pisləşəcək – - Qar yağacaq

azerbaycanda-hava-keskin-pislesecek-
Oxunma sayı: 10097


 “Qafqazinfo” xəbər verir ki, məlumata görə ölkə ərazisində hava şəraitinin kəskin dəyişkən keçəcəyi gözlənilir. Martın 29-da cənub küləyinin güclənəcəyi, temperatur rejiminin isə nisbətən yüksələcəyi ehtimal olunur. Martın 29-dan 30-na keçən gecədən şimal-qərb küləyinin güclənəcəyi, bəzi ərazilərdə şiddətlənəcəyi və temperaturun  kəskin, 10-14 dərəcə aşağı enəcəyi gözlənilir.

Martın 29-da axşam Respublikanın bəzi şimal və qərb rayonlarında, 30-da isə əksər rayonlarda hava şəraitinin yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimal olunur.

Qeyd edək ki, martın 28-də prosesin gedişatından asılı olaraq bir daha dəqiqləşdirilmiş məlumat təqdim olunacaq.