“Qafqazinfo” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 3-5, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraitinin günün birinci yarısında yağıntılı olacağı, günün ikinci yarısında yağıntının tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6, gündüz 10-15 dərəcə isti, dağlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə isə yaxın 2 gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.