Azərbaycanda ötən il həbs olunanların sayı azalıb. "Qafqazinfo" xəbər verir ki, bu sözləri Ali Məhkəmənin sədri Ramiz Rzayev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2018-ci ildə respublikanın birinci instansiya məhkəmələri tərəfindən 246 min 920 işə baxılıb:
"Həmin işlərdən 89 iş üzrə 106 nəfər barəsində bəraət hökmü çıxarılıb, 1842 nəfər barəsində işin icraatına xitam verilib. Ötən il məhkum edilən şəxslərin sayı 1300 nəfər azalıb".
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər