“Azərbaycanda heç bir məhkumda virus aşkarlanmayıb”

azerbaycanda-hec-bir-mehkumda-virus-askarlanmayib
Oxunma sayı: 1612

“Cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan hər bir şəxs koronavirus testindən keçirilib”. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Əliməmməd Nuriyev məlumat verib. 

O deyib ki, bu şəxslərə əfvə düşən və şərti azadlığa buraxılanlar daxildir:

“Çünki onlar cəmiyyətə buraxılır, heç kəsdə şübhə qalmasın deyə onlardan nümunə götürülüb. Heç bir məhkumda virus aşkarlanmayıb. Hazırda cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlardan kiminsə azacıq hərarəti olarsa, dərhal Baş Tibb İdarəsi həmin şəxsi nəzarətə götürür və tibbi yardım göstərilir”. 

Ədliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib ki, Azərbaycanda xüsusi karantin rejimi elan olunandan sonra Ədliyyə Nazirliyinin bütün qurumlarında dezinfeksiya işləri aparılıb: "Əməkdaşlar, hakimlər koronavirus testindən keçirilib və sevindirici haldır ki, heç kimdə virus aşkarlanmayıb. Məhkumlardan hərarəti olanlar da testdən keçirilib və onlarda da virus aşkarlanmayıb". 

Murad Əhməd