“Azərbaycanda həkim çatışmazlığı yoxdur”

azerbaycanda-hekim-catismazligi-yoxdur
Oxunma sayı: 881

“Azərbaycanda heç bir həkim çatışmazlığı yoxdur”. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, Azərbaycan hazırda çarpayı fondunun 30 faizini istifadə edir: “Gələcəkdə ola biləcək hər hansı neqativ hallara qarşı modul tipli xəstəxanalar da hazırlanır. Azərbaycanda bu sahə ilə mübarizə sahəsində kifayət qədər peşəkar həkimlər var”.

ÜST-ün nümayəndəsi Hande Harmancı əlavə edib ki, 19 həkimin Türkiyədən gətirilməsinin Azərbaycandakı həkim çatışmazlığı ilə əlaqəsi yoxdur. 

Murad Əhməd