ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, baş verən yol qəzasında 4 nəfər ağır yaralanıb.
Yaralananlardan biri Milli Ordunun hərbçisi, Ceyhun Allahverdi oğlu Xudaverdiyevin idarə etdiyi “VAZ-2106” markalı maşınla Bərdə rayon polis şöbəsinin əməkdaşı, Fərman Şamil oğlu Salahovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub.
Qəza nəticədə sürücülər və “VAZ-2106”nin sərnişinləri Bəxtiyar Məzahir oğlu Ələsgərov və Səbuhi Mürşüd oğlu Ələsgərov ağır yaralanıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın nə səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır.
Son xəbərlər
Son Xəbərlər