Azad LGBT (Lezbiyan, Gey, Biseksual və Transseksual) təşkilatının sədri İsa Şahmarlı özünü asaraq intihar edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkələrdə məlumat paylaşıblar. Onların sözlərinə görə, intihara cəhd edən İsa Şahmarlı xəstəxanaya çatdırılmadan yolda dünyasını dəyişib.
Qeyd edək ki, gənc intihar etmədən öncə facebook hesabında dostları ilə vidalaşıb:
“Gedirəm. Hamınız haqqınızı halal edin. Bu ölkə, bu dünya mənə görə deyil... Mən xoşbəxt olmağa gedirəm...Anama da deyərsiniz ki, onu çox sevirəm. Hamınız ölümümdə günahkarsız. Bu dünya mənim rənglərimi daşıyacaq qədər rəngli deyil. Əlvida”.
Xatırladaq ki, İsa Şahmarlı homoseksual olub.
***
Dostlarının azadlıq radiosuna verdiyi məlumata görə, o, özünü təşkilatın bayrağı ilə asıb. Təcili yarıdım çağırılsa da həkimlər onun öldüyünü bildirib.
İsa Şahmarlının dostu Leyla İsmayılova AzadlıqRadiosuna deyib ki, onlar içəri girəndə onu asılmış vəziyyətdə görüblər.
“Özünü bayraqla asmışdı. Biz içəri girdik. Bıçaqla kəsdik, stolun üstünə uzatdıq. Nəfəs verdik. Həkim çağırdıq. Həkim bir saata yaxın olardı, gəldi. Sonra dedilər ki, artıq keçinib”.
Sizcə niyə görə intihar edib sualına isə Leyla İsmayılova “bilmirəm, ola bilər problemləri vardı, xəbərim yoxdur” cavabını verib.
Son xəbərlər
Son Xəbərlər