“Azərbaycanda hüquq və azadlıqlar təmin edilib” - İlham Əliyev

“Azərbaycanda hüquq və azadlıqlar təmin edilib”
Oxunma sayı: 415

Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərləri və ombudsmanların 3-cü görüşündə Azərbaycan Prezidentinin tədbir iştirakçılarına müraciəti oxunub.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, müraciəti Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, şöbə müdiri Fuad Ələsgərov oxuyub.

Müraciətdə qeyd olunur ki, Azərbaycan multikulturalizmin, mədəniyyətlərarası dialoqun qurulmasına böyük əhəmiyyət verir:

"Bu ilin ölkəmizdə “İslam Həmrəyliyi ili” elan edilməsi və IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycanın İslam dəyərlərinə və müsəlman aləmində birliyə verdiyi önəmin təzahürüdür. Ümumi tarixə, mədəniyyətə və dinə malik olan ölkələrin üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatının korrupsiyaya qarşı mübarizəyə və insan hüquqlarının müdafiəsinə həsr edilmiş bu tədbirinin ölkəmizdə keçirilməsi müsbət haldır.

Azərbaycan Respublikası İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü olmaqla onun iki Zirvə görüşünə ev sahibliyi etmiş, o cümlədən 2012 və 2017-ci illərdə təşkilata sədrliyi həyata keçirmişdir. Sədrliyi dövründə ölkəmiz təşkilatın inkişafına və əməkdaşlığın dərinləşməsinə mühüm töhfələr vermişdir".

Müraciətdə bildirilir ki, bu gün Azərbaycan dayanıqlı iqtisadi inkişafa nail olan müasir bir ölkədir: "Biz siyasi, iqtisadi və sosial sahələrdə mühüm nailiyyətlər əldə etmişik. Ölkəmizdə şəffaf ictimai münasibətlər sistemi qurulmuşdur, demokratik institutların fəaliyyəti, insan hüquq və azadlıqları təmin edilmişdir. Beynəlxalq tələblərə uyğun qanunvericilik, ixtisaslaşmış institusional qurumların səmərəli fəaliyyəti və dövlət idarəçiliyində şəffaflığın təmin edilməsi antikorrupsiya siyasətimizin uğurlarındandır. Dövlət xidmətlərinin göstərilməsində tətbiq etdiyimiz model korrupsiyanın qarşısının alınması üzrə beynəlxalq səviyyədə ən yaxşı təcrübə kimi qəbul edilir".

Azərbaycan əmin olduğunu bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində təşkil edilən bu tədbir əməkdaşlığımızın daha da möhkəmlənməsinə töhfə verəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi