Azərbaycanda “Hürkuş” təyyarəsinin sınaq uçuşu - Fotolar

azerbaycanda-hurkus-teyyaresinin-sinaq-ucusu
Oxunma sayı: 2863

Azərbaycanda Türkiyə istehsalı “Hürkuş” təlim təyyarəsinin uçuşu həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı öz rəsmi tviter hesabında yayıb.

“Bu gün Can Azərbaycanda “Hürkuş” uçurduq”, - deyə səfir əlavə edib.

Qeyd edək ki, “Hürkuş” təyyarəsi Türk Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən hazırlanıb.