Ötən il ərzində 2015-ci illə müqayisədə qida məhsullarının istehsalında 4,0 faiz artım, tütün məmulatlarının istehsalında 13,4 faiz, içki istehsalında isə 10,0 faiz azalma müşahidə olunub.
“Qafqazinfo” Marja-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin xəbərinə görə, bu sahələrin əsas məhsullarından olan pendir və kəsmik istehsalı 1,7 faiz artaraq 49,3 min ton, marqarin istehsalı 91,0 faiz artaraq 47,6 min ton, kərə yağı istehsalı 7,9 faiz artaraq 25,6 min ton, qənd istehsalı 26,7 faiz artaraq 418,5 min ton, mineral suların istehsalı 2,3 dəfə artaraq 14,5 milyon dekalitr, alkoqolsuz içkilərin istehsalı 25,6 faiz azalaraq 18,4 milyon dekalitr təşkil edib.
Son xəbərlər
Son Xəbərlər