“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki,bunu ATƏT Parlament Assambleyasının Bakıda keçirilən sessiyasının açılış mərasimindəki çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda ifadə, toplaşmaq və digər azadlıqlar təmin olunub, İnternet azaddır, ölkə əhalisinin yarıdan çoxu İnternet istifadəçisidir: “Biz qısa müddətdə müasir, özünə arxalanan dövlət yarada bildik. Bununla belə, yaxın gələcəkdə bir çox işlər görməliyik. ATƏT və digər strukturlara qurduğumuz iş birliyi planlarımızın həyat keçirməyə imkan yaradacaq”.
Son xəbərlər
Son Xəbərlər