Bu il Azərbaycanda narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.
Bu barədə “Qafqazinfo”ya Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib.
Rəsmi məlumata görə, ötən 2 ay ərzində İİV-ə 223 nəfər yoluxub. Onlardan 212 nəfəri Azərbaycan vətəndaşları, 11 nəfəri isə əcnəbilər olub. Azərbaycan vətəndaşları arasında 16 nəfərini (7,5 %-i) İnyekson Narkotik İstifadəçiləri təşkil edib.
Son xəbərlər
Son Xəbərlər