Azərbaycanda iki rüşvətxor həbs olundu

azerbaycanda-iki-rusvetxor-hebs-olundu
Oxunma sayı: 642

Baş Prokurorluğunun Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, həmin məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Y.Hüseynov noyabrın 26-da saat 16 radələrində Bakı Metropoliteninin «Memar Əcəmi» stansiyasının yaxınlığında müraciət müəllifindən 500 manat miqdarında rüşvət alarkən cinayət başında yaxalanıb.

Y.Hüseynovun üzərinə baxış keçirilərkən şikayətçinin prokurorluğa müraciəti üzrə əvvəlcədən protokolla rəsmiləşdirilmiş pul əskinazlarının seriya nömrələri ilə eynilik təşkil edən 500 manat pul və iş üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülməklə prosessual qaydada rəsmiləşdirilib.

Bundan başqa Ucar rayon sakininin arvadına əlillik dərəcəsinin təyin edilməsi üçün ondan rüşvət tələb edilməsi barədə müraciəti üzrə də təxirəsalınmaz tədbirlər həyata keçirilərək, cinayəti törətmiş şəxs ifşa edilərək məsuliyyətə cəlb olunub.

Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 36 №-li Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləyən İslam Bayramov komissiyanın Ucar şəhərində yerləşən inzibati binasındakı iş otağında rayon sakininə əlillik təyin olunması ilə əlaqədar 2.000 manat məbləğində rüşvət alarkən cinayət başında yaxalanıb.

Hər iki fakt üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işləri üzrə Yavər Hüseynov və İslam Bayramov rüşvət almağa görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.