Azərbaycanda iki yeni medal təsis ediləcək

azerbaycanda-iki-yeni-medal-tesis-edilecek
Oxunma sayı: 2747

Azərbaycanda iki yeni medal təsis ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli komitənin dekabrın 5-də keçirilən iclasında bildirib.

Əli Hüseynli diqqətə çatdırıb ki, gündəliyin birinci məsələsi “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalının və “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsidir.