Azərbaycanda ilk dəfə...

azerbaycanda-ilk-defe
Oxunma sayı: 642

“18.08.2017 Azərbaycan tibb tarixində bir ilk yaşandı: Çarpaz böyrək transplantasiyası”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Mərkəzi Neftçilər Xəstəxanasının transplantologiya şöbəsinin aparıcı çərrahı Eldar Əhmədov sosial şəbəkədə yazıb. O bildirib ki, 4 əməliyyat eyni zamanda icra olunub:

“Çarpaz transplantasiya resipient ilə donor arasında qan qrupu uyğunsuzluğu varsa, qan qruplarının uyğunluğunu təmin edəcək şəkildə donorların dəyişdirilməsidir. Əməliyyata eyni vaxtda hər iki cütlük alınır. 4 əməliyyat (iki donor və iki resipient) bir gündə, eyni zamanda icra olunur. Bu iş komanda işidir. Xəstələrimizə şəfa diləyirik”.

Günel Hacı