Azərbaycanda ilk dəfə “KamAZ” istehsal olundu- - Fotolar

azerbaycanda-ilk-defe-kamaz-istehsal-olundu-
Oxunma sayı: 4269


“Qafqazinfo”nun məlumatına görə, müəssisədə avtomobillərin yerli şəraitdə sənaye yığımının təşkili ilə bağlı geniş hazırlıq işləri görülüb, avtomobillərin yığımı üçün konveyer xətti hazır vəziyyətə gətirilib.

Aprelin 14-də yeni konveyer xəttinin açılışı olub. Açılış mərasimində Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycanın Rusiyadakı fövqəladə  və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Rusiyanın “KamAZ” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Sergey Koqoqin iştirak ediblər.

Mərasimdə nəqliyyat naziri Ziya Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək Azərbaycan iqtisadiyyatının inkişafında xarici iqtisadi əlaqələrin gündən-günə genişləndirilməsinin  prioritet sahə olduğunu qeyd edib, bu işə ölkə başçısının daha çox önəm verdiyini diqqətə çatdırıblar.Gəncə avtomobil zavodunda Rusiyanın “KamAZ” avtomobillərinin yığım konveyerinin açılışını məhz bu sahənin inkişafına göstərilən diqqət və qayğının nəticəsi kimi dəyərləndiriblər.

Tatarıstan Prezidenti Rüstəm Minnixanov Bakıda gördüklərinin onu heyran etdiyini bildirib: 

“Respublikada gedən sürətli yüksəliş söz yox ki, iqtisadi inkişafın nəticəsidir. Tatarıstanla qurulan bu yeni əlaqələr isə söz yox ki, başlanğıcdır.“KamAZ”-ın Gəncə avtomobil zavodunda yığılması isə bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin başlanğıcı kimi dəyərləndirmək olar”.