Azərbaycanda ilk dəfə olaraq “Kubik Rubik” birinciliyi keçirildi

azerbaycanda-ilk-defe-olaraq-kubik-rubik-birinciliyi-kecirildi
Oxunma sayı: 2100


"Qafqazinfo"ya daxil olan məlumata görə, bütün dünyada böyük rəğbətlə qarşılanan bu zəka oyunu şəhərimizdə də maraqla qarşılanıb. 7 yaşından 25 yaşınadək şəxslərin qatıldığı bu yarışın qalibləri “Azərduz” tərəfindən müxtəlif hədiyyələrlə təltif ediliblər. 

Ölkəmizdə fəaliyyət göstərən və Dünya Kub Assosiasiyasının üzvü olan təşkilatlardan biri də Azərbaycan Kub Assosiasiyasıdır. Adıçəkilən təşkilat 2015-ci il 11 aprel tarixində qurulub və məqsədi daha çox insanın iştirakı və daha çox əyləncənin olması ilə ədalətli və bərabər şərtlər altında ölkədə yarışların keçirilməsinə nail olmaqdır. Həmçinin “Möcüzəvi kub” adlanan bu alət, 1974-cü ildə macarıstanlı memar Ernyo Rubik tərəfindən yaradılıb. Son dünya rekorduna isə ABŞ-dan olan yeniyetmə Kollin Barns imza atıb. O 3x3x3 kateqoriyasına aid aləti 5,25 saniyəyə lazımi vəziyyətə gətirib.

Qeyd edək ki, insanlarımızın intellektual inkişafına böyük diqqət ayıran “Azərduz” markasının dəstəyi ilə gələcəkdə də “Kubik Rubik” üzrə müxtəlif yarışların keçirilməsi planlaşdırılır.