Azərbaycanda ilk dəfə “taksit kart” layihəsini həyata keçirilib

azerbaycanda-ilk-defe-taksit-kart-layihesini-heyata-kecirilib
Oxunma sayı: 642

ASB Bankın yeni taksit kart məhsulu “Extra Card” adlanır. Extra Card ilə partnyor olan alış-veriş və xidmət məntəqələrindən satın alınan xidmət və ya malların dəyərini 12 ayadək faizsiz olaraq hissə-hissə ödəmək və xərclədikcə bonus qazanmaq mümkündür.
Extra Card çeşidləri bonus xüsusiyyəti olan Extra Card Maestro, həm taksit edən həm də bonus qazandıran – Extra Card Standart, Extra Card Gold, Extra Card Platinum, Extra Card Business kredit kartlarıdır.
Extra Card-ın ölkədə indiyə qədər analoqu olmayan xüsusiyyətləri:
- ilk dəfə online rejimdə işləyən kartlı ödəniş sisteminin tətbiq edilməsi;
- normal bir kredit kartının bütün xüsusiyyətləriylə yanaşı alış-verişlərdə taksit edə bilməsi, yəni faizsiz hissə- hissə ödəməyə imkan verməsi;
- xərclədikcə bonus qazandırması, qazanılan bonusların yığıla bilməsi və ya məhdudiyyətsiz olaraq xərclənə bilməsi;
- tək bank hesabı ilə həm kart hesabının həm də bütün bank əməliyyatlarının idarə edilə bilməsi;
- filialdan bir dəfə təlimat verərək hər ay kredit kart borclarının avtomatik olaraq cari hesabdan ödənə bilməsi;
Həmçinin Extra Card ilə ilin 365 günü ölkə daxili və xaricində bütün bankomatlardan nağd pul almaqla yanaşı hər növ kommunal və rabitə ödənişlərini asanlıqla həyata keçirilə bilər.
Extra Card-ı əldə etmək üçün ən yaxın ASB Bank filialına müraciət edilə bilər və ya şəhər telefonlarından 4934949 nömrəsinə zəng edilə bilər.
Yaxın günlərdə Extra Card haqqında ictimaiyyətə daha geniş informasiya veriləcək.