“Azərbaycanda ilk dəfədir ki, futbola baxırdım” - Zabit Səmədov

azerbaycanda-ilk-defedir-ki-futbola-baxirdim
Oxunma sayı: 796

Topaz Premyer Liqasının XXV turunda baş tutan “Qarabağ” – “Qəbələ” (0:0) oyununu izləyənlər arasında K-1 döyüşçüsü Zabit Səmədov da var idi.

“Qarabağ”ın dəvəti ilə oyunu izləməyə gələn Səmədov matçdan sonra "Qafqazinfo"nun əməkdaşının suallarını cavablandırıb:

- Futbola baxmağa tez-tez gedirsiz?

- Sözün açığı, Azərbaycanda ilk dəfə idi ki,futbola baxırdım. Oyunu izlədim, maraqlı alındı. 

- “Qarabağ” azarkeşi olduğunuz şübhəsizdir. Oyunu izləməyə kimin dəvəti ilə gəlmişdiniz?

- “Qarabağ” rəhbərliyi məni dəvət etmişdi. Bildiyiniz kimi, “Qarabağ”ı dəstəklədim. “Qarabağ” son zamanlar ölkəmizi Avropada yüksək səviyyədə təmsil edir. İnşallah bunun davamı gələcək. 

- Ümumiyyətlə, Bakıda nə qədər qalacaqsız? Və bu komandalar arasında mayın 5-də kubokun finalında baş tutacaq oyunu izləyəcəksizmi?

- Yox, o qədər Bakıda qalmayacam. 

- Millimizin oyunlarını izləyirsiz?

- Əlbəttə. Azərbaycan bayrağı harda varsa, biz də ordayıq. Bayrağımızla qürur duyuruq.