Azərbaycanda ilk fərqli konseptdə şourum açılıb - “Eres&Elen” butik

Azərbaycanda ilk fərqli konseptdə şourum açılıb
Oxunma sayı: 5201

Azərbaycanda ilk dəfə dəbli və keyfiyyətli geyim sevənləri bir araya gətirəcək şourum açılıb. Bakının ən əlçatan yerində - Mərkəzi Univermağın yaxınlığında yerləşən “Eres&Elen” butik keyfiyyətli Türkiyə istehsalı geyimləri müştərilərə təqdim edir.

“Qafqazinfo” xəbər verir ki, şirkətin rəhbəri Rəna Məmmədovanın sözlərinə görə, şourumda nümayiş olunan geyimlər xüsusi olaraq bu brend üçün hazırlanır: “Parçalar seçilir və xüsusi olaraq “Eres&Elen” markası üçün tikilib hazırlanır. Türkiyədə olan dizaynerlərimiz son dəbə uyğun modellər hazırlayırlar. Yeni kataloqları izləyirik, rəng kataloqlarına baxırıq, mövsümün dəbini nəzərə alırıq.  Nə avanqard, nə də standart geyimlər hazırlayırıq. Çünki avanqard geyimlərin yalnız məhdud çərçivədə insanlar bəyənirlər, həmçinin standart geyimləri hər mağazada tapmaq olar. Ona görə də biz bunlardan fərqli geyimlər hazırlayırıq”.

Keyfiyyətə gəlincə isə, butikdəki geyimlər özəl və birinci kateqoriya parçalardan hazırlanır. 

Müştərilər “Trendyol” vasitəsilə də sözügedən brendin geyimlərini Türkiyə mağazasından tapa bilərlər. Elə geyimlər var ki, yalnız Bakıdakı şourumda nümayiş olunur.

Butikin müştərilərin yaş kateqoriyası isə müxtəlifdir. İş qadınları da daxil olmaqla hər yaş kateqoriyasından olan şəxslər buradan seçim edə bilərlər. Geyim ölçüləri isə 34-44 arasında dəyişir. 

Mağazanın özəlliyi ondadır ki, burada rahatlıqla alış-veriş etmək mümkündür. “Eres&Elen” şourumunun müştəriləri təkcə geyim almır, həm də istirahət edirlər. Seçim müddətində onlara çay, kofe təklif olunur. Məhsullar isə özəl olaraq paketlənir. Siz buradan münasib qiymətə, Türkiyə istehsalı olan müasir dəbin ən son model geyimlərini əldə edə bilərsiniz.

Qeyd edək ki, “Eres&Elen” aktiv saytı və instaqram səhifəsi ilə də müştərilərə bir toxunuş qədər yaxındır.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Nizami küç. 47

- Sayt: https://www.ereselen.com/

- İnstaqram: ereselenoffical

- Feysbuk: ereselen

- Tel: 0555201416