Azərbaycanın texnologiya sahəsində qadınların töhfələrini tanımaq məqsədilə bu il ilk dəfə təqdim olunan “İlin İT Qadını” mükafatına Dilarə Rüstəmzadə layiq görülüb.
“Qafqazinfo” xəbər verir ki, bu prestijli mükafatla Rüstəmzadə, ölkədə İT sahəsində qadın liderliyinin öncüsü kimi rəsmi şəkildə tanınıb.
Mükafatın təqdimat mərasimi texnologiya, təhsil və dövlət sektorunun nümayəndələrinin iştirakı ilə baş tutub. Mükafat komitəsinin bəyanatına görə, Dilarə Rüstəmzadə bu ada, İT sahəsindəki uzunmüddətli xidmətləri, innovativ təşəbbüsləri və cəmiyyətə göstərdiyi sosial təsirə görə layiq görülüb. Xüsusilə onun rəqəmsal transformasiya sahəsindəki uğurları və COVID-19 pandemiyası dövründə təhsilin davamlılığını təmin edən texnoloji həlləri komitə tərəfindən yüksək qiymətləndirilib.
Dilarə Rüstəmzadə Azərbaycanda və beynəlxalq miqyasda tanınan bir İT mütəxəssisi, EdTech və Digital Transformation sahələrində innovativ təşəbbüsləri ilə seçilən liderdir. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr minlərlə istifadəçini əhatə etmiş, təhsil, idarəetmə və sosial sistemlərdə texnologiyanın effektiv tətbiqinə nümunə olub.
Bu mükafat, yalnız fərdi uğurun deyil, həm də texnologiya sahəsində qadınların artan rolunun rəmzi kimi dəyərləndirilir. Dilarə xanım bu uğurla ölkənin İT tarixində iz qoyaraq, gələcək nəsil qadın mütəxəssislərə yol göstərən simvolik fiqura çevrilib.
Mükafatın ilk qalibi olaraq Dilarə Rüstəmzadənin seçilməsi, təkcə onun peşəkar uğurlarını deyil, həm də onun qadınların texnologiyaya inteqrasiyasına verdiyi davamlı dəstəyi və liderlik potensialını ön plana çıxarır.
Bu tarixi uğurla Dilarə Rüstəmzadə, Azərbaycanın texnologiya sahəsində qadın liderlərinin yolunu açmaqla yanaşı, regionda İT sahəsində gender bərabərliyinə doğru atılmış mühüm bir addımı da təmsil edir.
Günel Tağıyeva

Son xəbərlər
Son Xəbərlər