Azərbaycanda ilk və yeganə Başgicəllənmə mərkəzi “Lor Hospital”da fəaliyyətə başladı!

azerbaycanda-ilk-ve-yegane-basgicellenme-merkezi-lor-hospitalda-fealiyyete-basladi
Oxunma sayı: 2426

Cəmiyyətimizdə başgicəllənmə problemi son illərdə daha çox yayılmağa başlayıb. Başgicəllənmənin əsas səbəbi daha çox qulaq mənşəli xəstəliklərdir. Ətrafınızdakı şəxslərin və ya əşyaların fırlandığını, həmçinin hərəkət etdiyini hiss etdirən başgicəllənmə “Vertigo” adlanır.

Belə ki, başgicəllənməsi olan insanlarda gözlərdə qeyri-iradi hərəkətlər baş verir ki, videonistaqmoqrafiya cihazı vasitəsilə ilə bu spesifik hərəkətləri qeydə alınır. Təəssüf ki, özündə bu simptomları hiss edən insanlar ilk öncə otonevroloqa-lor (qulaq-burun-boğaz)  həkiminə deyildə, digər sahələr üzrə həkimlərə müraciət edirlər bu isə müalicənin uğursuz olmasına səbəb olur və başgicəllənmə yenə də davam edir.

Azərbaycanda ilk dəfə olaraq "LOR Hospital"ın Vertigo Mərkəzində başgicəllənmənin diaqnostikasında böyük əhəmiyyəti olan videonistaqmoqrafiya cihazı vasitəsilə ilə başgicəllənmə səbəbləri kökündən  araşdırılır.

Qeydə alınan məlumatlar əsasında başgicəllənmə səbəbinin hardan qaynaqlandığını aşkarlamaq mümkündür. Beləliklə, videonistaqmoqrafiya cihazı vasitəsilə başgicəllənmənin səbəbi daha ətraflı araşdırılır, xəstələrə ən doğru müalicə təyin olunaraq dünya protokollarına uyğun müalicə təyin olunur.

Dəqiq diaqnostika və düzgün müalicə ilə xəstələr başgicəllənməsi problemindən tamamilə qurtulmuş olur. LOR hospitalın daxilində fəaliyyət göstərən Başgicəllənmə mərkəzində müayinə və müalicələr otonevroloq PhD (c) Dr.Nigar Muradova tərəfindən aparılır.

Qeydiyyat üçün əlaqə nömrəsi:  *0111
"Whatsapp" canlı dəstək nömrəsi: (051) 477 0111
Ünvan: Əhməd Rəcəbli küç.19K

Sosial şəbəkə hesablarına keçid: https://www.facebook.com/lorhospital.azhttps://instagram.com/lor_hospital, rəsmi sayt: https://lorhospital.az/ .