Azərbaycanda indiyədək aparılan testlərin sayı açıqlandı

azerbaycanda-indiyedek-aparilan-testlerin-sayi-aciqlandi
Oxunma sayı: 1315

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 30-na olan statistik göstəriciləri açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 4661 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 294 264 test aparılıb. İndiyədək 61 nəfər Covid-19-dan dünyasını dəyişib, 3327 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 1858 nəfərdir. 82 nəfər reanimasiyada, 15 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 257 yoluxma faktı qeydə alınıb, 3 nəfər dünyasını dəyişib, 202 pasiyent sağalıb.