Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlandı

azerbaycanda-indiyedek-peyvend-olunanlarin-sayi-aciqlandi
Oxunma sayı: 2806

Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, ötən gün ölkədə COVID-19-a qarşı 23 939 nəfər vaksinasiya olunub.

Hazırkı dövrədək ölkəmizdə koronavirusa qarşı 257 723 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.