Azərbaycanda inək sahibini öldürdü

azerbaycanda-inek-sahibini-oldurdu
Oxunma sayı: 6103

Neftçala rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun məlumatına görə, rayonun Yuxarı Qaramanlı kəndində 1959-cu il təvəllüdlü Rasim Paşayevin yaşadığı evin həyətində baş nahiyəsindən aldığı xəsarətdən vəfat edib.

Xəbəri rus dilində oxuyun: Не пропустите праздничное предложение на Рамазан от İrşad

Belə ki, 63 yaşlı kişinin gəlini qayınatasının qan içində yerdə qaldığını görüb və onun artıq vəfat etdiyi məlum olub. İlkin araşdırma zamanı R.Paşayevin dünən saat 19 radələrində həyətdə inəyi sağmaq istəməsi və bu zaman iribuynuzlu heyvanın onu vurması nəticəsində ölməsi məlum olub.

Araşdırmalar davam etdirilir.

Nizam Rza