Azərbaycanda “iPhone 14” smartfonlarının öncədən sifarişinə start verildi - Fotolar

azerbaycanda-iphone-14-smartfonlarinin-onceden-sifarisine-start-verildi
Oxunma sayı: 3332

“Apple” şirkətinin sentyabrın 7-si təşkil etdiyi təqdimat mərasimində brendin 8 yeni məhsulu təqdim olundu. Bu payızın ən çox gözlənilən yenilikləri sırasında “iPhone 14”,  “iPhone 14 Plus”, “iPhone 14 Pro” və “iPhone 14 Pro Max” smartfonlarının yenilənmiş silsilələri özünəməxsus yer tutur.  

Artıq bu gündən etibarən Azərbaycanda yeni məhsulların öncədən sifarişinə start verilir. Sifarişi rəsmi resellerlərdə - Alma Store, Kontakt Home, Baku Electronics, Irshad, Maxi.az, Myshops, Shopstore, Soliton mağazalarında rəsmiləşdirə bilərsiniz.

iPhone 14 iPhone 14 Plus

Xarici görünüş

6,1 düymlük ekranı olan “iPhone 14” ənənəsinə sadiq qalaraq yenilənmiş smartfonlar silsiləsini davam etdirdi, 6,7 düymlük ekrana malik “iPhone 14 Plus” isə cihazın yeni, “ən böyük” baza versiyasıdır. Ölçülərinə görə bu versiya daha müasir “Pro Max” versiyasına bənzəyir.

Hər iki yeni məhsul 5 rəngdə - qara, ağ, mavi, çəhrayı və qırmızı təqdim olunur.

Kamera

“iPhone” smartfonlarının baza versiyalarının ən çox gözlənilən texniki yenilikləri 12 meqapiksel genişlənməyə malik əsas kamera və zəif işıqlanma şəraitində şəkil çəkmək imkanıdır. Telefon çəkiliş zamanı 2 dəfədəyək daha çox işığı “udur” ki, bu da şəkillərin keyfiyyətini 2-2,5 dəfəyədək yaxşılaşdırmağa imkan verir. Ön kamera daha da təkmilləşdirilib və ilk dəfə olaraq avtofokus funksiyası ilə təmin edilib.

Silkələnmə zamanı şəkli daha yaxşı sabitləşdirmək üçün hazırlanmış “Action Mode” videokontentin keyfiyyətini daha da yüksəldir: bu rejim aktiv hərəkət zamanı roliklər çəkməyə imkan verir. Nəticədə, hətta ən qeyri-sabit şəraitlərdə çəkilmiş videolar belə adətən ştativlə çəkilən roliklərə bənzəyir.

“iPhone 14 Pro” “iPhone 14 Pro Max”

Xarici görünüşü

“Dynamic Island” konsepsiyasının tətbiqi sayəsində müasir smartfon versiyaları olan 6,1-düymlük “iPhone 14 Pro”nun və 6,7-düymlük “Pro Max”ın xarici görünüşü daha da təkmilləşdirilib. Belə ki, rahat “push”-bildirişləri üçün yer açmaq məqsədilə datçiklərin (sensorların) yerləri dəyişdirilib, ön kameraların ölçüsü isə kiçildilib. Ekranın yuxarı hissəsində görməyə adət etdiyimiz çıxıntı balaca “adacıq” şəklinə salınıb, kənar çərçivələr isə nazikləşdirilib.

Telefonların rəng palitrasına yeni tünd-bənövşəyi çalar əlavə olunub. Smartfonlar klassik rənglərdən qara, ağ və qızılı rənglərdə təqdim olunur.

Funksional

“Pro” modellərinin yenilənmiş texniki xüsusiyyətlərinə daxildir: 

-Yeni 6-nüvəli A16 prosessoru

-Smartfonların enerjiyə qənaət qabiliyyəti 20% artırılıb, bu isə avtonom iş vaxtını 29 saata çatdırmağa imkan verir.

-Ekranın günəş altında rekord – 2000 nit səviyyəsində parlaqlığı və “always-on-display” funksiyası: blok ekranı tutqun və daha qənaətli rejimə keçir, bununla da hətta sönmüş halda belə ekranda bəzi vidcetlərin nümayişi təmin olunur.

-“Crash Detection” funksiyası: cihaz zərbə və güclü səsləri tanıma detektoru ilə təmin edilib. Bunun sayəsində yol-nəqliyyat hadisəsi faktlarını aşkar etmək və zəruri hallarda, təcili yardım xidmətlərinə məlumat vermək mümkün olacaq.

Kamera

Kameranın keyfiyyətində “13 Pro”dan “14 Pro”ya keçid “iPhone” smartfonları tarixində ən böyük sıçrayış hesab olunur: əsas kamera 48 meqapikselli sensorla təchiz edilib ki, bu da ötən ilin modellərinə nisbətən 65% daha çoxdur. 

Daha mükəmməl işıq həssaslığı: zəif işıqlanma şəraitində və gecə vaxtı çəkilmiş şəkillər ikiqat daha dəqiq alınır.

Silkələnmə zamanı şəkli daha yaxşı sabitləşdirmək üçün hazırlanmış “Action Mode” və 4K üçün kinomatoqrafiya rejimi xarici amillərdən və şəraitdən asılı olmayaraq keyfiyyətli videoroliklər çəkməyə imkan verir.

Cihazlar yeni funksional, istifadəçilərin maksimum rahatlığını təmin edən digər faydalı elementlərlə təchiz edilib, foto və videoçəkiliş sahəsində böyük sıçrayış əldə olunub. Plankanı daim yüksək tutan “Apple” texnoloji innovasiyalar sahəsində ekspert olduğunu bir daha sübut etdi.