Azərbaycanda iri enerji obyekti istismara veriləcək

azerbaycanda-iri-enerji-obyekti-istismara-verilecek
Oxunma sayı: 1691

“Azərenerji” ASC bu il “Şimal” elektrik stansiyasında ikinci qaz-buxar enerji blokunu istismara verməyi planlaşdırır.

“Qafqazinfo” xəbər verri ki, Bunu Trend-ə ASC-dən deyiblər.

Qurğunun tikintisi uğurla davam edir və işin böyük hissəsi artıq başa çatıb. ASC-dən bildiriblər ki, işlər qrafikə uyğun gedir: "Qurğunun 2016-cı ildə istismara veriləcəyi gözlənilir".

İkinci qaz-buxar qurğusunun gücü 409 meqavat təşkil edəcək. Hazırda "Şimal" elektrik stansiyasında 400 meqavat gücündə bir qaz-buxar qurğusu var.