“Kredit alan bədbəxt bankların təsiri altında nəfəs ala bilmir. Evini satır, ailəsi dağılır. 24 faizlə kredit verən təşkilat bütün dəyərləri tapdalayır”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Fəzail Ağamalı parlamentdə deyib. O “Banklar haqqında” qanunun yenidən müzakirəyə çıxarılmasını təklif edib. Onun sözlərinə görə, bankların hesabatlılığı, şəffaflığı yoxdur.
Deputat Tahir Kərimli də banklarla bağlı məsələyə toxunub: “Yüz milyonlarla insana kredit faizi ilə əzab verməkdə məqsəd nədir?! İnsanlara bu dərəcədə şiddət göstərmək olmaz. Bu insanlar yazıq deyilmi?! Azərbaycanda İslam bankçılığı niyə yoxdur? Nə zaman küçələrdə olan bər-bəzək xalqımızın ailəsinin içində görünəcək?!”
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər