Mustafa Dənizlinin istefasından sonra baş məşqçisiz qalan “Qalatasaray” bu vəzifəyə Bülent Korkmazı gətirəcək.
“Qafqazinfo” “Milliyət”ə istinadən xəbər verir ki, təyinat bu gün rəsmiləşəcək. Korkmaz mövsümün sonuna qədər İstanbul klubunu çalışdıracaq.
Hücumçusu Umut Bulutun atasının vəfatı ilə əlaqədar qərarı gecikdirən “Qalatasaray” sabiq kapitanının baş məşqçi olmasını bu gün açıqlayacaq.
Qeyd edək ki, Bülent Korkmaz 2009-2010-cu illərdə Azərbaycanda “Bakı” klubunu çalışdırıb.
Son xəbərlər
Son Xəbərlər