Azərbaycanda işləyən məşqçi erməni klubunda

azerbaycanda-isleyen-mesqci-ermeni-klubunda
Oxunma sayı: 1120

"Simurq"un sabiq baş məşqçisi Sergey Yuran özünə yeni komanda tapıb.

“Qafqazinfo” xəbər verir ki, rusiyalı mütəxəssis Ermənistan "Mika"sının sükanı arxasına keçib. Onunla iyunun 1-dək müqavilə bağlanılıb. 15 turdan sonra "Mika" 8 klub arasında 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Sergey Yuran 2011-ci ilin iyulundan 2012-ci ilin fevralınadək "Simurq"un baş məşqçisi olub. O, köməkçi-məşqçi işləyən qardaşı Yuri Yuran və İqor İşenko ilə birgə uğursuz nəticələrlə əlaqədar komandadan qovulub.