Azərbaycanda ixtisaslı həkimlərin sayı niyə azalır?

Azərbaycanda ixtisaslı həkimlərin sayı niyə azalır?
Oxunma sayı: 1337

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ölkədə ixtisaslı həkimlərin sayını azalmasının səbəblərini açıqlayıb.

"Qafqazinfo"nun məlumatına görə, Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli Cəlilabad rayon Mərkəzi Xəstəxanasına mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib ki, ixtisas həkimlərinin sayının azalmasına səbəb Azərbaycan Tibbi Universitetini bitirən həkimlərin ixtisas seçməsi ilə əlaqədardır: "Azərbaycan Tibb Universitetini bu vaxta qədər 1000 tələbə bitirirdi, onların hamısı ixtisas həkimliyini seçirdi. Amma son illərdə universiteti bitirən 1000 tələbənin 120 nəfəri ixtisas həkimliyini seçir, digərləri adi həkim olur, yəni ixtisaslı həkim ola bilmir. Buna görə də ixtisaslı həkimlərin sayı azalır".

Lamiyə Məmmədova