Azərbaycanda karantindən sonra ilk futbol matçı

azerbaycanda-karantinden-sonra-ilk-futbol-matci
Oxunma sayı: 1993

Azərbaycan Premyer Liqası karantinə görə dayandırılandan sonra ilk futbol matçı keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, bu, “Sabah”la “Qarabağ” arasında hazırlıq oyunu olacaq. 

Masazırdakı yoxlama matçı saat 19:30-da başlayacaq və “CBC Sport”la canlı yayımlanacaq. Sabah isə 3 sınaq qarşılaşması birdən keçiriləcək. 

Bunlar “Neftçi” – “Keşlə”, “Zirə” – “Səbail” və “Sumqayıt” – “Qəbələ” görüşləridi.
 
Xatırladaq ki, martın 8-dən məcburi fasiləyə yollanan Premyer Liqamızın iyunun 21-də XXI turla davam etməsi nəzərdə tutulub. 

Yoxlama matçı
9 iyun
19:30. “Sabah” – “Qarabağ”
Bakı. “Bank Respublika Arena” stadionu