Azərbaycanda keçirilən dünya çempionatında qadın “kişi” çıxdı

azerbaycanda-kecirilen-dunya-cempionatinda-qadin-kisi-cixdi-
Oxunma sayı: 640

Apasport.az saytının Bolqarıstan mətbuatına istinadən xəbərinə görə, mundial zamanı inanılmaz fırıldaq gerçəkləşib.

Belə ki, Qana millisinin yarımfinala qədər irəliləməsi heç də qaydalar çərçivəsində olmayıb. Bolqarıstanlılar iddia edirlər ki, Qana yığmasının aparıcı futbolçularından olan Vida Opoku əslində, qız yox, oğlan imiş. “Levski” klubunun üzvü olan futbolçu ölkəmizdəki yarışa Aqyemanq Opoku adı ilə gəlib.

Xeyli vaxtdır Sofiya təmsilçisinin düşərgəsindən qaçan 23 yaşlı futbolçu bu müddətdə həm cinsini, həm də yaşını dəyişdirib, ölkəsinin qızlar yığmasına kömək etməyə qərar verib. Bu fırıldağın üstü açılmadığından, Vida mundialda 6 oyun keçirib.

Futbol mütəxəssisləri Aqyimanq və Vidanın xarici görüşünün eyni olmasından başqa, eyni üslubda oynadıqlarını da iddia edirlər. Onlar Vida Opokunun Aqyemanq Opoku olmasına inamlarını Afrikada belə halların yayılması ilə izah edirlər.

Çünki bir neçə il əvvəl Ekvatorial Qvineyanın 2 futbolçusu eyni addımı atmışdı.

Apasport.az saytı məsələ ilə bağlı AFFA-nın baş katibi, 17 yaşadək qızlar arasındakı dünya çempionatının Azərbaycan üzrə Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədovla əlaqə saxlayıb. Baş katib bildirib ki, bu məsələ ilə bağlı hansısa məlumata malik deyil: “Çünki bu işlə FİFA məşğul olur”.