Bugünədək Azərbaycanda 86607 koronavirus testi həyata keçirilib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Məlumata görə, bu testlərdən 1340-nın nəticəsi pozitiv çıxıb. Yoluxanlardan 528-i sağalıb, 14-ü isə vəfat edib. Hazırda aktiv xəstələrin sayı 797 nəfərdir.
Reanimasiyada olan xəstə sayı 14, süni tənəffüs cihazında olan xəstə sayı 4-dür.
Son xəbərlər
Son Xəbərlər