Azərbaycanda “Kibertəhlükəsizlik strategiyası”nın hazırlanması niyə yubanır?

azerbaycanda-kibertehlukesizlik-strategiyasinin-hazirlanmasi-niye-yubanir
Oxunma sayı: 1005

“Kibertəhlükəsizlik strategiyası” Nazirlər Kabinetinin iş planına uyğun olaraq aparıldığından bir qədər vaxt alıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Bakıda keçiriləcək “Kibertəhlükəsizlik həftəsi”nə həsr edimiş mətbuat konfransında sözügedən strategiyanın hazırlanmasının yubanması ilə bağlı sualları cavablandıran Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) inkişaf şöbəsinin müdiri Rəşad Əzizov deyib.

R.Əzizovun sözlərinə görə, müzakirələr zamanı bir vacib məqam, informasiya təhlükəsizliyi məsələlərinin həmin “Kibertəhlükəsizlik strategiyası”nda o qədər də əksini tapmaması ortaya çıxıb: “Amma bu olduqca vacib məsələdir. Ona görə də hazırda bu iki məsələnin birləşdirilərək “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası” adında vacib sənədin hazırlanması istiqamətində işlər aparılır.

Kibertəhlükəsizlik dedikdə biz daha çox kiberfəzada baş verən proseslərdən bəhs edirik. İnformasiya təhlükəsizliyində isə sırf kibertəhlükəsizlik nəzərdə tutulmur. Bilirsiniz ki, müasir dövrdə informasiya müharibələri baş verir, eyni zamanda kiberfəzadan kənar olaraq informasiyanın qorunması, radiotezliklər və s. məsələlər gündəmdədir. Fikrimcə, qısa zamanda bu məsələ öz həllini tapacaq”.