Azərbaycanda kişi 27 yaşlı arvadının başını kəsdi

azerbaycanda-kisi-27-yasli-arvadinin-basini-kesdi
Oxunma sayı: 643

Salyan rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Arbatan kənd sakini, 1986-cı il təvəllüdlü Xəlil Ramil oğlu Hüseynov həyat yoldaşı 1985-ci il təvəllüdlü Kübra Abdulrəhim qızı Axundovanın başını kəsərək qətlə yetirib.

Daha sonra Xəlil Hüseynov yeznəsi, 1975-cı il təvəllüdlü Zaur Nizami oğlu Gözəlovun qarın və sinə nahiyəsinə 6 bıçaq zərbəsi, Salyan şəhər sakini, 1985-ci il təvəllüdlü Cəlal Nizami oğlu Baxışova isə qarın boşluğuna bir bıçaq zərbəsi endirib. Ağır yaralı halda xəstəxanaya çatdırılan Zaur Gözəlov orada ölüb, Cəlal Baxışov əməliyyata götürülüb.

Hadisəni törədən Xəlil Hüseynov polislər tərəfindən saxlanılıb. Faktla bağlı Salyan prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.