Azərbaycanda kişi özünü qatarın altına atdı

azerbaycanda-kisi-ozunu-qatarin-altina-atdi
Oxunma sayı: 775

Ucar rayonunda intihara cəhd hadisəsi baş verib.

“Qafqazinfo”nun Report-a istinadən xəbərinə görə, Ucar şəhər 20 yanvar küçəsində yaşayan 1967-ci il təvəllüdlü Adil Mirələkbər oğlu Piriqafarov özünü rayon ərazisində dəmir yol xəttində hərəkətdə olan qatarın alıtına atıb.

A.Piriqafarov "Təcili yardım" maşını ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan bildirilib ki, cərrahiyyə şöbəsinə yerləşdirilən xəstə dərhal əməliyyat  edilib, onun ayağının biri amputasiya olunub. Hazırda xəstənin vəziyyəti orta-ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.