“Qafqazinfo”nun məlumatına görə, müğənni bu il yeniliklərinin bol olacağını bildirib:
“Bir neçə uğurlu mahnı üzərində çalışıram. Bunlardan biri də “İlk addım”dır. Mahnının musiqisi Muxtar Abhuseynova, sözləri Nicat Zeynallıya məxsusdur. Mahnı estrada janrındadır, bəstəni bir müddət sonra tamaşaçılar həm radiolarda, həm də "Youtube" kanalımda dinləyə biləcək. Bir neçə ay ərzində başqa yeni mahnılarımı da təqdim edəcəm. Mahnıdan istədiyim uğuru əldə edə bilsəm, klip çəkdirməyi düşünürəm. Sadəcə bizdə kliplərə maraq azalıb. Çəkdirdiyim klipi hansı kanalda, hansı verilişdə nümayiş etdirim? Müğənni bir klipə pul qoyur, zəhmət çəkir, lakin kimsə yayımlamır. Fikrimcə, Azərbaycanda klip çəkdirmək, artıq xərcdir”.
Könül
Son xəbərlər
Son Xəbərlər