Azərbaycanda Koreya kino günləri

azerbaycanda-koreya-kino-gunleri-
Oxunma sayı: 1862


“Qafqazinfo”nun məlumatına görə, festival Azərbaycan Mədəniyyət Fondu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, Koreya Fondunun təşkilatçılığı və Koreya Respublikasının Bakıdakı səfirliyinin dəstəyi ilə keçiriləcək.

Festivalda 2008-2013-cü illərdə istehsalolunmuş 10 Koreya filmi nümayiş olunacaq.

Assosiasiyanın dəstəyi ilə Azərbaycan dilinə dublyaj edilmiş Koreya filmləri tamaşaçılara Gəncə, Lənkəran, Sumqayıt, Ağdaş və Qəbələdə təqdim olunacaq.

İyulun 6-da Gəncə şəhərində reallaşacaq festivalının rəsmi açılış mərasimində rejissor Yim Soon-rye tərəfindən 2008-ci ildə lentə alınmış "Əbədi olan an" ("Forever The Moment") filmi göstəriləcək.

Festivala avqustun 15-də Qəbələdə rejissor Choi Ik-hwan tərəfindən 2011-ci ildə lentə alınmış "Ana" filminin nümayişi ilə yekun vurulacaq.