Azərbaycanda koronavirus testindən keçənlərin sayı açıqlandı

Azərbaycanda koronavirus testindən keçənlərin sayı açıqlandı
Oxunma sayı: 8459

Azərbaycanda koronavirusla bağlı 4 aprel tarixinə olan göstəricilər açıqlanıb.

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"ya verilən məlumata görə, indiyədək ölkədə 41 673 test aparılıb.

Son sutkada aparılan test sayı isə 3 806-ya bərabərdir. Aparılan testlərdən 78-nin cavabı pozitiv çıxıb.

Qeyd edək ki, ölkədə indiyədək 521 nəfər koronavirusa yoluxub. Onlardan 32 nəfəri sağalıb, 5 nəfəri dünyasını dəyişib. Aktiv xəstələrin sayı isə 484-dür.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi