Azərbaycanda koronavirus xəstələrinin sayı 5 mindən aşağı düşdü

azerbaycanda-koronavirus-xestelerinin-sayi-5-minden-asagi-dusdu
Oxunma sayı: 3042

Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 5 mindən aşağı düşüb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Qafqazinfo”ya verilən məlumata görə, ölkədə 4 868 aktiv koronavirus xəstəsi var.

İndiyədək ölkədə ümumilikdə 32 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 27 113 nəfər müalicə olunaraq sağalıb, 462 nəfər vəfat edib.